İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS lideri ilə bağlı ŞOK MƏLUMAT

1415 08.01.2024 16:49 Dünya A A

Oktyabrın 7-də HƏMAS hücumunun əsas memarlarından hesab edilən Yəhya Sinvar uzun müddətdir ki, İsrailin hədəfindədir. İsrail tərəfindən "dövlətin düşməni" elan edilən Sinvar İsrail ordusunun axtarışda olanlar siyahısında birinci yerdədir. Lakin bütün səylərə baxmayaraq, İsrail Müdafiə Qüvvələri (İDF) hələ də onu zərərsizləşdirə bilməyib.

Musavat.com xəbər verir ki, “İsrael Hayom” nərşinin yaydığı xəbərə görə, İsrail 7 oktyabr hücumlarının təşkilatçısı, HƏMAS hərbi lideri Yəhya Sinvarın yerini dəqiq bilir.

Bununla belə, hesabata görə, Sinvar özünü çox sayda canlı israilli girovla mühasirəyə alaraq, İDF-nin ona qarşı hücuma keçməsinin qarşısını alıb.

Qeyd edək ki, xəbər keçmiş hərbi kəşfiyyat rəisi Amos Yadlinin dünən Kan radiosunda verdiyi oxşar bəyanatdan sonra yayılıb. İsrail Sinvarın başına 400 min dollar mükafat qoyub.

Qeyd edək ki, HƏMAS-ın qurucu üzvlərindən biri olan 61 yaşlı Sinvar isə “HƏMAS-ın beyni” sayılır və İsrail administrasiyası onu “gəzən ölü adam” adlandırır. 1988-ci ildə iki İsrail əsgərinin ölümündən sonra həbs edilən Sinvar 2011-ci ildə əsir mübadiləsi müqaviləsi ilə azadlığa buraxılıb. Sərbəst buraxıldıqdan sonra sürətlə yüksələn və HƏMAS-ın ikinci əsas adamına çevrilən Sinvar Qəzzanın hakimidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR