İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS lideri ilə bağlı SENSASİON İDDİA

897 27.02.2024 11:33 Dünya A A

Radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvar Qəzza zolağındakı tunellər şəbəkəsində gizlənib.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” İsrail və Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, HƏMAS lideri özünü israilli girovlardan ibarət “insan qalxanı” ilə əhatə edib.

Bu onu ələ keçirmək və ya öldürmək cəhdlərinin qarşısını alır.

Qəzetin mənbələri iddia edir ki, Sinvar ələ keçirilmədən və öldürülmədən Fələstin-İsrail münaqişəsi başa çata bilməz.

Qeyd olunub ki, “insan qalxanı” bu işdə yeganə problemdir, çünki HƏMAS liderinin yerini müəyyənləşdirmək çətin deyil.

Məlumata görə, o, doğulduğu Xan Yunis şəhərinin altındakı tuneldədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR