İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-la müharibə çox yaxında bitəcək - Sabiq israilli nazir AÇIQLADI

622 27.12.2023 17:20 Dünya A A

"Qəzza zolağında müharibə tezliklə, bu həftələrdə bitəcək".

Bu sözləri əvvəllər İsrail hökumətində müxtəlif nazir postunu, o cümlədən 1999-2001-ci illərdə Ədliyyə naziri vəzifəsini tutmuş Yossi Beilin deyib.

O, İspaniyanın “La Vanguardia” qəzetinə müsahibəsində bildirib ki, HƏMAS-ın kökünü kəsmək qeyri-mümkündür: “Ancaq birlikdə oturub razılığa gəlməyimiz də mümkün deyil. Onlar bizimlə danışmaq və ya regionda mövcudluğumuzu etiraf etmək istəmirlər. Görünür, yeganə çıxış yolu onlarla mübarizə aparmaqdır.

Lakin müharibə əbədi davam edə bilməz. HƏMAS-ın qalıqları və ya başqa bir şeylə qarşılaşmaq üçün kiçik bir qüvvə qala bilər, amma bu, müharibə olmayacaq. Müharibə çox yaxında bitəcək".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR