İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-İsrail müharibəsi dünyanın texnoloji elitasını "vurdu"

1378 22.10.2023 15:26 Son xəbər A A

"HƏMAS-İsrail müharibəsi dünyanın texnoloji elitasını da parçalayıb".

Musavat.com xəbər verir ki, bu barədə İT mütəxəssisi Osman Gündüz deyib.

osman.jpg (66 KB)

Ekspert qeyd edib ki, gələn ay Lissabonda dünyanın ən nəhəng texnoloji forumu - Web Sammit keçirilməsi nəzərdə tutulub. Lakin bu tədbirin təşkilatçılarından birinin, Peddi Kosqreyvin sosial mediada Fələstini müdafiə edən və İsraili tənqid edən paylaşımları nəinki onu pis vəziyyətə salıb, artıq Web Sammitin də boykot edilməsi çağırışlarına rəvac verib:

""X" sosial şəbəkəsində bununla bağlı müzakirələr çox qızışıb. Tanınmış bir çox qlobal investorlar, VC və İT şirkət rəhbərləri, qlobal şirkətlərin rəhbərləri Sammitə qatılmaqdan imtina ediblər. Sonradan Peddi və Web Sammit rəsmiləri bir qədər tolerant və yumşaq münasibətlər sərgiləsələr də, İsrail tərəfi bu texnoloji Sammitdən imtina edib və başqalarını da boykota səsləyib. Kimlərin onlara dəstək verərək Sammitə qatılmayacağını isə gələn ay görəcəyik.

Artıq belə görünür ki, qlobal texnoloji elitadakı parçalanma texnoloji mühitdə də mənfi nəticələrə səbəb olacaq, işlər öz təbii axarında getməyəcək, qlobal güclərin siyasi-ideoloji maraqları texnoloji inkişafı əngəlləyəcək. Bütün bunlar isə heç bir halda doğru bir yanaşma deyil.

Ümid edirəm, İsraili dəstəkləməyən startapların qlobal müstəvidə investisiya almaq və maliyyə resurslara çıxış imkanlarında problemlər yaşanmayacaq. Hansı ki, bunun çox çətin olacağı indidən görsənir".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR