İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkim dəhşətli hadisədən danışdı: "Görünməmiş səhnələr idi..."

1722 19.11.2023 08:00 Dünya A A

Xəbər verdiyimiz kimi, “Əl Şifa” xəstəxanasına basqın edən İsrail əsgərləri xəstəxanadakı həkimlərə, xəstələrə və köçkünlərə tibb kompleksini boşaltmaq üçün cəmi bir saat vaxt verib.

Musavat.com xəbər verir ki, Şifa xəstəxanasının həkimi Munir əl-Bərş İsrail ordusunun bir saat ərzində tibb müəssisəsinin boşaldılmasını əmr etdiyi zaman baş verənlərdən danışıb.

Əl-Bərş bildirib ki, təxminən 450 xəstə təxliyə edilib, 120-yə yaxın xəstə isə hərəkət edə bilmədiyi üçün geridə qalıb. "Xəstəxana direktoru, digər dörd həkim və kiçik bir tibb bacısı onlara kömək etmək üçün qaldı" - o deyib.

Fələstinli həkim sözlərinə əlavə edib:

“Xəstələrin çoxu əlil arabalarına və ya təkərli çarpayılara qoyulmuşdu. Ailə üzvləri yaralı uşaqlarını və ya valideynlərini özləri daşımalı oldular. Bunlar dəhşətli, görünməmiş səhnələrdir."

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR