İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həddinizi bilin, hamınıza üzr istətdirəcəyəm" FOTO

535 14.07.2026 11:22 Şou-biznes A A

Müğənni Günel Zeynalova sosial şəbəkədə ünvanına yazılan tənqidi rəylərə sərt münasibət bildirib.

Sənətçi paylaşdığı hekayələrdə onu təhqir edən və saxta profillərdən rəy yazan şəxslərə xəbərdarlıq edib.

Günel əvvəlcə ünvanına yazılan şərhlərdən birini paylaşaraq bunları yazıb:

"Həddinizi bilin. Vicdansız, cahil və qəlbi kirli, özünü belə sevməyən insan yığını, sözüm sizədir. Yoxsa sizi ifşa edib üzr istətdirəcəyəm və heç çəkinməyəcəyəm".

Daha sonra isə müğənni yeni paylaşım edərək saxta hesab sahiblərini ifşa edəcəyini bildirib:

"Sözüm sizə… Hekayə bölümündə "fake" adlarınızı ifşa edəcəyəm. Bundan sonra mən yox, bir çox insanlara ağzınıza gələni yazmamağı öyrənərsiniz. Öz işinizlə, həyatınızla məşğul olun. Qəlbinizi təmizləyərsiniz, inşallah. Məni sevənlər isə cavabınızı versin". (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR