İnsanlara hürriyət, millətlərə istiqlal!

Havanın çirklənməsinə görə fövqəladə vəziyyət ELAN EDİLDİ

759 12.11.2023 08:12 Dünya A A

"IQAir" portalının məlumatına görə, bu həftə havanın keyfiyyət indeksi (AQI) 400-dən çox artdıqdan sonra Pakistanın 13 milyondan çox əhalisi olan ikinci ən sıx şəhəri Lahorda məktəblər, ictimai parklar, ticarət mərkəzləri və ofislər bağlanıb. 

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunub ki, İsveçrənin hava keyfiyyətinin monitorinqi şirkəti bu rəqəmi təhlükəli hesab edir.

Pakistanın Pəncab əyalətinin səlahiyyətliləri vəziyyət yaxşılaşana qədər Lahordan əlavə Qucranvala və Hafizabad şəhərlərində ekoloji və sağlamlıqla bağlı fövqəladə vəziyyət elan ediblər.

Məlumata görə, üç şəhərdə ümumilikdə 15 milyondan çox insan yaşayır.

"İnsanların bu ərazilərə ictimai və şəxsi nəqliyyat vasitələri ilə gediş-gəlişi məhdudlaşdırılacaq", - deyə Pəncab əyalətinin baş naziri Möhsin Naqvi bildirib.

Eyni zamanda, dörd nəfərdən çox insanın bir yerdə toplaşmasına da məhdudiyyət qoyub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR