İnsanlara hürriyət, millətlərə istiqlal!

“Harry Potter”-in naşiri qayıq qəzasında öldü

525 05.08.2023 08:51 Hadisə A A

“Harri Potter” kitablarını nəşr edən məşhur Britaniya nəşriyyatının Amerika filialı olan “Bloomsbury USA”nın rəhbəri, 45 yaşlı Adrienne Vaughan İtaliyanın Amalfi sahillərində yaxtanın batması nəticəsində həlak olub.

Sfera.az xəbər verir ki, Adrienne Vaughan Amalfi sahillərində uşaqlarının gözü qarşısında dünyasını dəyişib.

Qadın həyat yoldaşı Mayk Uayt və 12 və 8 yaşlı övladları Leanna və Meyson da daxil olmaqla ailəsi ilə birlikdə İtaliyada tətildə olub. Ailə Romaya səfər edib və sahil boyu yaxta sürmək istəyiblər.

Adrienne Vaughanın ailəsi körfəzin ətrafında gəzmək üçün doqquz metrlik qayıq icarəyə götürüb. Onların qayığı göyərtəsində təxminən 80 nəfərin toy qeyd ediləm 45 metrlik Tortuga adlı yelkənli qayıqla toqquşub. Əksəriyyəti Almaniya və ABŞ-dan gələn turistlər olub.

Yerli KİV-in bildirdiyinə görə, zərbə nəticəsində qadın suya düşüb və qayığın pərvanəsinə çırpılaraq, ölümcül xəsarətlər alıb.

Dərhal hadisə yerinə gələn xilasedicilər Adrienni sahilə çıxarıblar, lakin o, helikopterlə xəstəxanaya çatdırılana qədər vəfat edib.

Adriennin həyat yoldaşı da suya düşüb və əlindən xəsarət alıb. O da xəstəxanaya aparılıb və çiynindən əməliyyat olunub.

Övladların analarının başına gələnləri görüb dəhşətə gəldikləri və şok vəziyyətində olduqları bildirilsə də, qəzada xəsarət alan olmayıb.

Hadisənin baş verdiyi bölgə Salerno prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb. İtaliya mətbuatının məlumatına görə, Voqanın icarəyə götürdüyü qayığı idarə edən kapitanın narkotik və alkoqol testi müsbət çıxıb.

Şahidlərdən biri, Vaughan ailəsinin olduğu qayığın onların yelkənli qayığının kənarına çırpıldığını bildirib.

“Tortuqan”ın da 55 yaşlı kapitanı toksikoloji testdən keçib.

Bloomsbury əməkdaşları Adrienne Vaughanı xarizmatik və əsl lider adlandırıblar.

Qeyd edək ki, Vaughan 2021-ci ildə bir il əvvəl icraçı direktor və baş əməliyyat direktoru kimi qoşulduğu ABŞ-ın “Bloomsbury” nəşriyyatının prezidenti seçilib.


O, “Harri Potter” də daxil olmaqla, bütün böyük layihələrdə iştirak edib. 2015-2018-ci illərdə “Disney” nəşriyyat qrupunda çalışıb. Bundan əvvəl isə məşhur “Oxford University Press”-lə birlikdə işləyib.


Onu da qeyd edək ki, bəzi mənbələr Adrienne Vaughanın ailəsi ilə birlikdə üzdüyü qayığın qəzalı olduğunu da bildirir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR