İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimiyyəti zorla dəyişə bilməyəcəksiniz - Vuçiç

960 24.12.2023 21:30 Dünya A A

Belqradda müxalifətin etirazları və təxribat xarakterli bəyanatları heç bir nəticə verməyəcək, çünki ölkədə hakimiyyət ancaq seçkilərdə dəyişir.

Musavat.com axar.az-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

"Deyin görüm, etiraz və iğtişaşlardan başqa məqsədiniz nədir? Həqiqətən nə istəyirsiniz? Seçki iradəsini dəyişmək üçün kiməsə təzyiq göstərin, öz sifarişinizlə seçkilərdə səs oğurlayın ki, hakimiyyətə gələsiniz? Xalq sizi istəmir, amma siz qərara gəldiniz ki, özünüzü çox sevirsiniz və seçicilərin iradəsini dəyişmək istəyirsiniz. Onlar nə etməyə çalışsalar da, Serbiyada heç bir zorakılıq yolu ilə hakimiyyət dəyişikliyi olmayacaq", - Vuçiç bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR