İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimiyyət Əli Kərimliyə “yaşıl işıq” yandırıb? - AÇIQLAMA

4482 03.04.2023 20:50 Siyasət A A

Niyaməddin Orduxanlı: “Hakimiyyət onun üçün başqa təminatları da edəcək”

Şənbə günü Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sabunçu Gənclər Evində Ali Məclisin iclasını keçirməsi müzakirələr doğurub. Özünü radikal müxalifət, “ana müxalifət” kimi qələmə verən AXCP sədri Əli Kərimli yenə tədbirdə “guruldadı”, əsl müxalifət olduqlarından söz açdı.

Halbuki, hakimiyyətə loyal münasibəti ilə seçilən partiyalara qurultaylarını keçirməyə, yaxud hər hansı bir tədbir təşkil etməyə belə yer ayrılmır. Tez-tez guya yaşadığı ünvanda internetinin kəsildiyi barədə açıqlamalar verən, amma virtual qoşulma internet TV-lərinin canlı yayımlarından düşməyən Kərimlinin özü də Azərbaycan reallığında hakimiyyətin icazəsi olmadan belə bir tədbiri keçirməyin mümkünsüz olduğunu hər kəsin bildiyini gözəl anlayırdı...

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bununla bağlı bir sıra məqamlara toxundu:

niyameddin.jpg (54 KB)

“Bütün günü evindən internet televiziyalarında, Sevinc Osmanqızı və digərlərinin kanallarında görünən, sosial şəbəkələrdə çıxış edən fit müxalifətinin başçısı Əli Kərimlinin interneti necə kəsilmiş olar ki? Göründüyü kimi gülməlidir. Sadəcə, Kərimli özünü gündəmdə saxlamaq üçün hər cür şou yaratmağı yaxşı bacarır. Bir faktı ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Azərbaycan müxalifətində ilk dəfə hakimiyyətlə gizli danışıqlara gedib, öz sədri Əbülfəz Elçibəyə xəyanət edən şəxs Əli Kərimli olub! Bu, bir həqiqətdir və bir tarixdir! Heç zaman Əli Kərimli bunu öz keçmişindən silə bilməyəcək. Mərhum Heydər Əliyev prezident olduğu dövrdə Əli Kərimli hakimiyyətlə danışıqları əsasında Elçibəyin əleyhinə partiya daxilində, mətbuatda açıq mübarizə aparırdı. Hakimiyyətin tapşırıqlarını o zaman prezidentin müşaviri olmuş Eldar Namazov Əli Kərimli ilə görüşlərində çatdırırdı. Siz mətbuat nümayəndəsi kimi, Eldar Namazovun özü ilə dəqiqələşdirə bilərsiniz. Əli Kərimlinin hakimiyyətlə gizli razılığı olması barədə məlumatın təsdiqini spikerin birinci müavini Əli Hüseynli mətbuatda təsdiq edib. İstənilən adam internetdə axtarış verib, tanış ola bilər. Dəqiq biləsiniz ki, hakimiyyət hər zaman maraqlı olub ki, özünün ən "radikal müxalifəti" Əli Kərimli olsun. Çünki çox yaxşı bilir ki, Kərimli xaraktercə qorxaq, öz sədrinə xəyanət edən, dostlarını satan və ən əsası da pulun müqabilində hər addımı atmağa hazır olan şəxsdir. Necə ola bilər ki, konstruktiv müxalifət partiyalarının, parlamentdə təmsil olunan partiyaların qurultayının keçirilməsinə mərkəzdə icazə vermirlər, ancaq hakimiyyət şəhərin mərkəzində Əli Kərimliyə Ali Məclis keçirməyə icazə verir? Əli Kərimli bu gün siyasi fəaliyyətini pul üzərində qurub. Təsadüfən bu adamı “fit müxalifəti” adlandırmırıq. Bu adam pulun müqabilində fitlə idarə olunur. Kim Əli Kərimliyə pul verdisə, onun da havasını oynayır...”.

N.Orduxanlı hesab edir ki, Əli Kərimliyə başqa imtiyazlar da verilə bilər:

“Bir məlumatı qeyd edim ki, mən uzun illərdi ki, aktiv siyasi fəakiyyətlə məşğulam. Elçibəyin zamanında partiya daxilində baş vermiş hadisələrin canlı şahidlərindən biriyəm. Əli Kərimli hakikiyyətdən aldığı pulun müqabilində mətbuatda şəbəkə qurmuşdu. Həmin şəxslərə aylıq pul verirdi. Əli Kərimli hakimiyyətə də xəyanət edib. 2003-cü ildə Heydər Əliyevin səhhətində yaranmış problemə görə xəyanətə əl atdı. Sonralar hakimiyyətdə yüksək vəzifədə olanlar öz vəzifələrini möhkəmləndirmək üçün Kərimlidən istifadə edirdilər. Görünür indi də hakimiyyətdə olan şəxslər Kərimlini önə çıxartmaq niyyətini düşünürlər. Bu bazımdan ola bilsin ki, ona şəhərin mərkəzində tədbir keçirməyə icazə verilir. Yəqin hakimiyyət başqa təminatları da Əli Kərimli üçün edəcək. Onsuz da Kərimli bazarlıq etməyi çox yaxşı bacarır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR