Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh barədə verdiyi bəyanatları mühüm hesab edib.
Musavat.com xəbər verir ki, bu fikirləri o, yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
"Bizim bölgəmizdə uzunmüddətli sülh, sabitlik və rifah üçün tarixi bir fürsət pəncərəsi açılıb. Əminəm ki, Ermənistan da bu prosesi uzunmüddətli strateji baxışla dəyərləndirəcək.
Baş nazir Nikol Paşinyanın bu istiqamətdə verdiyi müsbət bəyanatları vacib hesab edirik. Biz qeyd edirik ki, o, sülhə yönəlmiş mövqeni ifadə edir və bu prosesdə müsbət irəliləyişə töhfə verir. Ankara tərəflər arasında vasitəçilərsiz birbaşa danışıqları dəstəkləməyə davam edir. Sülhün təmin edilməsi bölgəmizin inkişafında analoqu olmayan yeni imkanlar yaradacaq", — deyə Hakan Fidan bildirib.
Musavat.com