İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Şahindən MARAQLI AÇIQLAMA: "Cinsini dəyişən insan mömin olarsa..." - VİDEO

6901 12.12.2022 16:12 Mənəviyyat A A

İlahiyyatçı və din xadimi Hacı Şahin yeni açıqlaması ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, "Birinci TV" adlı yutub layihəsinə qonaq olan hacı cinsiyyətini dəyişən insanlardan danışıb. Hacı Şahin həmin şəxslərin dəfni zamanı əsl cinsinin müəyyənləşdirilməsinin vacib olduğunu bildirib:

"Bildiyiniz kimi ikicinsli insanlar var. Bəzi insanlarda müəyyən dövrlərdə hormonlarda dəyişikliklər olur. Bu zaman belə tip insanların həqiqi cinsi müəyyən edilməlidir. Bilinməlidir ki, bu insan faktiki olaraq hansı cinsə məxsusdur. Bunu artıq tibb müəyyənləşdirir. Əgər qadın kimidirsə, qadın, kişi kimidirsə, kişi olur. Bəziləri bunu mənim cinsi azlıqlara bəraət verməyim kimi qəbul edir. Amma belə deyil. Müəyyən səbəblər var ki, insan həyatda belə yaranır. Əslində müasir tibdə buna icazə verirlər ki, insan öz həqiqi cinsiyyətinə uyğunlaşsın".

Ətraflı videoda:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR