İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Əliyev yarımfinala yüksəldi

1441 17.09.2022 15:28 İdman A A

 

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.

Musavat.com-un məlumatına görə, 92 kq çəki dərəcəsində mübarizə aparan idmançı ABŞ təmsilçisi Kayl Snayderlə üz-üzə gəlib.

Qarşılaşma Maqomedovun məğlubiyyəti ilə bitib.

Daha əvvəl 65 kq-dakı Hacı Əliyev yarımfinala yüksəlib. 3 qat dünya və 3 qat Avropa çempionu finala gedən yolda Rahman Amouzadla görüşəcək.

xxx

Azərbaycanın daha 3 sərbəst güləşçisi bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Musavat.com xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov 1/8 final mərhələsində Reza Ahmadali Atreqanarçi (İran) / Beşir Alili (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

65 kq-da çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev eyni raundda Beka Lomtadze (Gürcüstan) / Aqustin Destribats (Argentina) duelinin güclüsü ilə, Maqomedxan Maqomedov (97 kq) isə Nişan Randhava (Kanada) / Erik Tilye (Almaniya) cütünün qalibi ilə görüşəcək.

Bu gün həmçinin Osman Nurməhəmmədov (92 kq) bürünc medal uğrunda qarşılaşmada Yuşanq Bi (Çin) / Radoslav Martsinkeviç (Polşa) görüşünün güclüsü ilə döşək üzərinə çıxacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR