İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın keçmiş müdafiə nazirinin əmisi oğlu Ermənistanda saxlanıldı

591 29.12.2023 15:39 Region A A

Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvilinin əmisi oğlu Mixail Benimini Ermənistanda qlobal investisiya fırıldaqları şəbəkəsi işi üzrə saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Həm İsrail, həm də Gürcüstan vətəndaşı olan Benimini Almaniya prokurorlarının tələbi ilə saxlanılıb. İstintaq onun şəbəkənin Albaniyadakı filialına rəhbərlik etdiyindən şübhələnir. İsraildə isə Benimini 11,5 milyon dollar məbləğində gəliri gizlətmək iddiası ilə üzləşib. İddialara görə, o və biznes tərəfdaşları bu pulu “Protektiv Qalxan” şirkəti vasitəsilə 2007-2009-cu illərdə Gürcüstanın hərbi sektoruna verdiyi məsləhətlər üçün alıblar.

David Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olub. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsindən az sonra o, vəzifəsini tərk edərək şəxsi biznesə başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR