İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda İŞİD terror təşkilatının rəhbərlərindən biri saxlanılıb

518 22.04.2023 16:12 Son xəbər A A

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzinin keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində İŞİD terror təşkilatının qruplaşmalarından birinin rəhbəri, Gürcüstan vətəndaşı Malxaz Paksaşvili saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb. Məlumatda bildirilir ki, Terrorla Mübarizə Mərkəzi, Gürcüstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə keçirdikləri tədbirlər nəticəsində M.Paksaşvilinin 2013-cü ildə Gürcüstanı tərk etdiyi müəyyən edilib. Həmin şəxs Suriyaya gedərək İŞİD terror təşkilatına qoşulub. O, 2013-2015-ci illərdə qondarma “Hərbi əmirlər - Sezar və Tsikara Toxoşaşvili qardaşlarının qrupu”na daxil olub, adıçəkilən terror təşkilatının həyata keçirdiyi hücumlarda və hərbi əməliyyatlarda fəal iştirak edib.

Saxlanılan şəxsin İŞİD-in yüksək rütbəli hərbi komandirləri və həmin terror təşkilatının qruplarından birinin üzvləri ilə sıx əlaqələri olub. O, “müavin” vəzifəsini tutub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə (xarici terror təşkilatına qoşulma və terror fəaliyyətinə köməklik göstərmə) cinayət içi başlanılıb. M.Paksaşvilini 10 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR