İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda azərbaycanlılarla polis arasında qarşıdurma olub -FOTO

974 12.04.2023 22:07 Son xəbər A A

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Daştəpə kəndində polislə vətəndaşlar arasında insident baş verib.

APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, hadisə polisin “Opel” markalı avtomobilə “saxla” əmri verməsindən sonra baş verib. Məlumata görə avtomobilin sürücüsü sürəti artıraraq ərazidən qaçmağa çalışıb, lakin nəqliyyat vasitəsinin idarəetməsini itirərək Daştəpə kəndindəki körpüdən maşını aşırıb.

Şahidlərin sözlərinə görə avtomobildə olan 3 nəfər və bəzi kənd sakinləri hadisə yerinə gələn polis patrulu maşınını daşlamağa başlayıb. Nəticədə polisə avtomobilinə ziyan dəyib. Daha sonra isə polisi müdafiə edən sakinlərlə əks tərəf arasında fiziki qarşıdurma baş verib.

Avtomobilin sürücüsünün sərxoş olduğu bildirilib.

6436f31f3183b6436f31f3183c16813227836436f31f318396436f31f3183a.jpg (228 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR