İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Ermənistana silah göndərilməsinə BU SƏBƏBDƏN razılıq verib

3719 13.11.2023 17:25 Siyasət A A

“Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüyünə namizədliyi məsələsi həll olundu. Sanki bu, Aİ-nin, daha konkret desək, Fransanın şərtlərindən biridir. Nəzərə almaq lazımdır ki, Salome Zurabişvili Fransa vətəndaşı olub, üstəlik, Makronla da münasibətləri yaxşıdır. Hesab edirəm ki, Gürcüstanın maraqları müəyyən dərəcədə ödəndiyinə görə bu addımı atıb”.

Bu fikirləri təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Musavat.com-a Gürcüstanın öz ərazisindən Ermənistana silah daşınmasına razılıq verməsini şərh edərkən bildirib.

İLHAM.jpg (165 KB)

Ekspert hesab edir ki, Zəngəzur dəhlizinin açılması perspektivi real olarsa, Gürcüstanla yol infrastrukturu sahəsində əməkdaşlıq aşağı səviyyəyə enə bilər:

“Bu addım həm də bizə təzyiq etmək üçün atılıb. Fikrimcə, bizdən daha çox Avropanın Gürcüstana təzyiqi ola bilər. Xatırlatmaq yerinə düşər ki, 44 günlük Vətən müharibəsi dövründə Gürcüstan silah daşınmasına imkan vermədi. Odur ki, indiki halda yeganə ehtimal Gürcüstanın Aİ-də öz maraqlarını həll etdiyinə görə bu addımı atmasıdır. Perspektivdə Azərbaycana qarşı hər hansı təzyiq olub-olmayacağını indidən demək çətindir. Bunu zaman göstərəcək. Gürcüstanın baş naziri Fransadakı Sülh Konfransında bildirib ki, Ermənistan da dostdur, Azərbaycan da”.

İlham İsmayıl hesab edir ki, Azərbaycanın Gürcüstana təzyiq imkanları var:

“Azərbaycan enerji qiymətlərini qaldıra bilər. Hər iki dövlətin bir-birindən asılılığı var. Hələ ki, rəsmi səviyyədə reaksiya verilməsə də, Azərbaycan öz maraqlarına uyğun müzakirələr aparmalıdır. Azərbaycan yalnız öz maraqlarına uyğun təzyiqlər edə bilər. Hər bir halda ölkə başçısı bunu daha yaxşı bilir ki, Gürcüstanla münasibətləri gərginləşdirmək bizə xeyir edir, ya yox”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR