İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan azərbaycanlıları İlham Əliyevi ayaq üstə alqışladılar - VİDEO

996 24.12.2023 20:05 Region A A

Bu gün Gürcüstanın Marneuli rayonunda Türk Ağsaqqalları Birliyi - TAİB-in təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyi çərçivəsində "Azərbaycan-Gürcüstan arasında mədəni əlaqələrin inkişafı" mövzusunda konfrans keçirilib.

Musavat.com xəbər verir ki, təntənəli mərasimdə çıxış edən TAİB sədri, akademik Sudeyif İmamverdiyev iki ölkə arasında dostluq münasibətlərindən danışıb.

S.İmamverdiyev konfransın keçirildiyi tarixə diqqət yönəldərək, Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Tədbir iştirakçıları TAİB sədrinin təbrikinə ayaq üstə alqışlarla reaksiya veriblər.

Qeyd edək ki, Gürcüstan azərbaycanlıları çıxışlarında İlham Əliyevlə fəxr etdiklərini vurğulayıb və onun rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf yolunda olmasına görə sevindiklərini bildiriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR