İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu – Meydandan başıaşağı çıxmaq, vətənə üzüqara qayıtmaq...

1658 30.06.2026 14:00 Foto fakt A A

Bu, FİFA-2026 mundialında Mərakeş seçməsinə uduzan niderlandlı oyunçuların xəcalətinin şəklidir.

Məğlubiyyət hər zaman insanı başıaşağı edir, niderlandlı futbolçuların meydandan başlarını dik tutaraq çıxmaq lüksləri yox idi.

Düzdür, onlar rəqiblərinə penaltilər seriyasında 2 uduzdular və bu, guya ki, məğlubiyyət üzüntüsü xəfiflədən amil sayılır. Belə bir fikir var ki, penaltilər seriyası bir növ lotereya oyunu kimidir, bəxtlə bağlıdır.

Amma elə deyil. Penaltini qola çevirməyin özü də futbolçu ustalığının səviyyəsinin göstəricisidir. Sabit bir vaxtda, heç kəsin tələsdirmədiyi bir ortamda 11 metrlik məsafədə qapıçı ilə üzbəüz qalan oyunçu, onun qoruduğu 7 metrlik qapıya qol vura bilmirsə, onun oyun epizodunda, bir saniyənin içində qapını düzgün nişan ala bilməsi qeyri-mümkündür.

Niderlandın 5 oyunçusundan 3-ü penalti zərbəsindən topu qapıya vura bilmədi: biri dirəyə vurdu, biri qapının üstündən havaya göndərdi, biri də qapıçının üstünə yönəltdi. Düzdür, Mərakeş futbolçuları da 5-də 5 edə bilmədilər, amma bir qolluq və biryolluq dəqiq oynadılar.

almani.JPG (43 KB)

Nəticə budur. Türkiyə yığmasını məğlub edən Paraqvaya penaltilərdə uduzan Almaniyalı futbolçular kimi niderlandlılar da mundialı bu cür, xəcalət çəkə-çəkə tərk etdilər.

Bir daha sübut olundu ki, güclü komanda öz ümidini penaltilər seriyasına bağlamamalıdır. Oyunu 90 dəqiqənin içində udmaq alınmırsa, heç olmasa, əlavə edilmiş 30 dəqiqədə bitirmək lazımdır. Bir çox komandalar isə 120 dəqiqəni birtəhər yola verərək, məsələnin həllini penaltilər seriyasına saxlayırlar. Ona qalanda isə belə olur: rəqibin qapıçısının içindən pantera çıxır, öz oyunçularını həyacan basır, rəqib qolçularun bu fəndi daha çox məşq etmiş olduqları aydın olur və s.

Beləliklə, cari mundialda çempionluğa namizədlərin ikisi penaltilər seriyasının qurbanı oldu. Hələ Braziliya millisi də yaponların əlindən son dəqiqələrdə qurtuldu. O oyun da penaltilər seriyasına qalsaydı, bilmək olmazdı ki, hansı komanda meydandan başıaşağı çıxacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR