İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneyli güləşçi: “Azərbaycan xalqının Zəfər bayramını təbrik edirəm”

1035 07.11.2022 20:56 Region A A

Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə feysbukda paylaşım edib.

Əslən Güney Azərbaycanın Urmiya şəhərindən olan azərbaycanlı pəhləvan sosial şəbəkədə yazıb:

“Əzəli Azərbaycan torpağı olan Qarabağ və Şərqi Zəngəzur 8 noyabr Zəfəri ilə əbədi Azərbaycan torpağı olaraq öz təsdiqini tapmışdır. Mən öz növbəmdə idmançı və məşqçi kimliyimlə deyil, böyük Azərbaycan xalqının kiçik bir övladı kimi həm 8 noyabr şanlı qələbəmiz, həm də 9 noyabr - Bayraq Günü münasibətilə xalqımızı təbrik edirəm. “Bayraqları bayraq edən üstündəki qandır, torpaq, əgər uğrunda ölən varsa, vətəndir”. Bu vəsilə ilə Vətən uğrunda can alıb, can verənləri yad edib şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirəm. Yaşasın Azərbaycan!”

Снимок.PNG (36 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR