İnsanlara hürriyət, millətlərə istiqlal!

Günelin Tunar haqda dedikləri QALMAQAL yaratdı

2065 30.01.2023 16:35 Şou-biznes A A

Müğənni Günel Zeynalovanın qardaşı haqda dediyi "Bir çoxlarını Tunar məşhur edib" sözləri qalmaqala səbəb olub. 

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayımlanan yazıya bir çox etiraz dolu şərhlər yazılıb. Prodüser Anar Mədətov da Axşam.az-ın instaqram səhifəsində Güneli işarələyərək "Tunarı kim məşhur edib" sualını ünvanlayıb. 

Buna əsəbiləşən Günel isə "Sualı niyə ora verirsən? Mənə de, deyim. O vaxtlar heç instaqram yox idi. Az məşhur olan və ya hiti olmayanların mahnılarını Tunar bəstələyib. Sözümün də arxasındayam. Niyə sənə təəccüb gəldi ki, şübhən var? Tunarı kim məşhur edib? Tunar "Amin" mahnısı oxuyanda heç birimizin izi, tozu yox idi. O, elə hər zaman Tunar olaraq tanındı. 1998-ci ildə konsertdə mənimlə bərabər məşhurluğuna 10 xalla qatqı qatdı" cavabını verib.

A.Mədətov daha sonra "O zamanlar heç nə yox idi: bir Sara FM, bir də "bratelnik" (özünü nəzərdə tutur - red.) var idi. 1996-cı il" deyə, reaksiya verib. 

"Sən varsan, dostluqdan əskik olma. Tunar 1993-1994-cü ildə o mahnını oxuyub. Sara FM-də yaxşı ki, var idi. Azərbaycanda ilk din mahnısını Tunarın ifasında hər səhər yayımlayırdı. İbrahim Tatlısəsin bir gözəl sözü var: səndə bir şey olmasa, mən kiməm ki... Sən onsuz da yol tapacaqsan" deyə, Günel əlavə edib.

255321_o734o60dl7.jpg (308 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR