İnsanlara hürriyət, millətlərə istiqlal!

Gündoğan ölkənin Azərbaycana qarşı qaranlıq əməli

1680 16.07.2024 09:54 Ölkə A A

Yaponiyanın minatəmizləyənləri ölkəmizə satmaq istəməməsi haqlı suallar doğurub; ekspertlər səbəbi belə izah edirlər...

Yaponiyanın Ukraynaya 4 ədəd minatəmizləmə maşını verməsi bu ölkənin Azərbaycanla bağlı qərarını növbəti dəfə gündəmə gətirib. Azərbaycan bir müddət öncə Yaponiyaya minatəmizləmə maşını üçün müraciət etmiş, işğaldan azad edilmiş ərazilərin təmizlənməsində texniki yardım istəmişdi. Ancaq bildirilir ki, Yaponiya buna razılıq verməyib.  (Bakı-xeber.com)

Bu, həm də Yaponiyanın elan etdiyi humanizm, insanlıq, təbiəti qoruma və digər çox mütərəqqi prinsiplərə zidd qərardır. Qarabağ dünyanın mina ilə çirklənmiş ən təhlükəli ərazilərinin başında gəlir. Yaponiya, sadəcə, minatəmizləmə texnikası təqdim etməklə, mülki insanların həyatını xilas edə bilərdi. Niyə Ukraynaya olar, Azərbaycana yox?

Tanınmış jurnalist Səxavət Məmməd həbs edildi – FOTO – Yeni Çağ Media

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd “Yeni Müsavat”a şərhində bildirdi ki, bu cür mövqe Yaponiyanın  öz maraqlarından irəli gəlir: “Hazırda dünyada elə bir proses gedir ki, artıq dövlətlər hər hansı dövlətin ehtiyacı, yaxud çətin vəziyyətdə olduğu üçün yardım etmək əvəzinə, daha çox hansı tərəfin yanında olduqlarına uyğun davranırlar. Rusiya-Ukrayna müharibəsində Yaponiyanın mövqeyi bəllidir. Yaponiya Rusiyaya qarşı olan cəbhədədir. Onlar zaman-zaman nəinki texniki, hətta hərbi yardım edəcəklərini də bəyan edirlər. Azərbaycan Rusiya və Çinlə müttəfiqlik bəyannaməsi imzalayıb. Yaponiya özünü bütün cəbhələrdə bu iki ölkənin qarşısında görür. Hesab etmək olar ki, son addımla Azərbaycana mesaj verrmək istəyiblər. Ümumiyyətlə, Yaponiyanın Azərbaycanda hansı layihələrdə iştirak etdiyi ilə bağlı elə də çox məlumat yoxdur. Bu günə qədər Yaponiyanın Azərbaycanda etdiyi layihələrdən mənim yadımda qalanı cəbhə bölgəsinə yaxın ərazidə, Beyləqanda iki məktəbdə sanitar qovşağı tikdirməsidir. Yaponiya kimi ölkə təkcə Azərbaycanın Rusiya, yaxud  Çinlə imzalanan müqavilələrə baxmayaraq, ölkəmizə dəstək verməli idi. Çünki Azərbaycanın Yaponiyaya münasibəti hər zaman yaxşı olub. Hesab edirəm ki, bunlar hamısı dünyada baş verən proseslərə görədir və Yaponiya da artıq mövqe nümayiş etdirir”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi-siyasi şərhçi Ramil Məmmədli isə “Bakı-Xəbər”ə açıqlamasında qeyd edib ki, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı aqressiyasında, işğalçılıq siyasətində Qərbin  böyük dəstəyi olub: “Vaxtilə sülh danışıqları dövründə də Qərb siyasi dairələrinin Azərbaycanla bağlı verdikləri qərarlar hər birimizdə ikrah hissi doğururdu. Bütün bu addımlar, humanist dünya ictimaiyyəti tərəfindən riyakarlıq kimi təqdim olunurdu. Mən hesab edirəm ki, Yaponiyanın bu addımına da biz riyakarlıq kimi yanaşa bilərik. Bəllidir ki, mina təmizləmə fəaliyyəti iki istiqamətdə həyata keçirilir. Bunun biri hərbi strukturların həyata keçirdiyi, digəri isə humanitar mina təmizləmə işləridir. Təbii ki, Azərbaycan öz daxili imkanları hesabına bölgədə işğaldan azad olunan ərazilərdə mina təmizləmə işlərinin icrasını həyata keçirir. Bu istiqamətdə külli miqdarda vəsait xərclənir və kadr potensialının artırılması üçün müəyyən tədbirlər görülür. Azərbaycanlı mütəxəsisslərin bu istiqamətdə fəaliyyətləri yüksək səviyyədədir. Ancaq texnikaya, texnologiyaya hər zaman ehtiyac duyulur. İndiki texnologiyalar mina təmizləmə işlərini daha da yüngülləşdirir, rahat formada icrasını təmin edir. Azərbaycan bu istiqamətdə bir sıra ölkələrlə əməkdaşlıq edir. Təbii ki, Yaponiya da mina təmizləmə istiqamətində ixtisaslaşmış texnologiyaların istehsalçıları arasında ön yerlərdən birini tutur. Çox təəssüf ki, Azərbaycanın bu məsələ ilə bağlı dünya ictimaiyyətinə etdiyi müraciətlər bir çox hallarda cavabsız qalır. Halbuki mina təmizləmə işi əslində humanitar bir layihədir, mülki vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlardır. Əslində Yaponiyanın belə bir mövqe nümayiş etdirməsi gözlənilməz idi. Bunu Azərbaycana qarşı qeyri-səmimi addım hesab edirəm. Düşünürəm ki, Yaponiya siyasi dairələri, humanitar təşkilatları Azərbaycanla dostluqda maraqlıdırlar. Ancaq Azərbaycana olan bu münasibət göstərir ki, Yaponiya da Qərbin bir parçası, müttəfiqi kimi Azərbaycana qarşı riyakar mövqeyini nümayiş etdirmək fikrindədir. Azərbaycana deyil, Ukraynaya belə texnologiyaların verilməsi bu gün hər şeyi bəlli edir. Yaponiya Amerikanın sifarişlərini həyata keçirir. Azərbaycan isə məsələlərini heç bir ölkənin vasitəsilə deyil, birbaşa özü həll edir. Bir sözlə, eyni texnikanın Azərbaycana deyil, Ukraynaya verilməsi riyakar mövqedir, ikili standartlar şəklində yanaşmadır”.

NİGAR HƏSƏNLİ, 
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR