İnsanlara hürriyət, millətlərə istiqlal!

Gültəkin Hacıbəylidən ZƏFƏRİMİZƏ REAKSİYA: “Bu xoşbəxtliyi bizə yaşadan əziz...”

9661 16.10.2023 10:22 Siyasət A A

Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndidə bayrağımızı ucaltmasına radikal müxalifətin bəzi nümayəndələri “xəsis” paylaşımla da olsa, reaksiya veriblər.

Musavat.com xəbər verir ki, onlardan biri də Milli Şuranın Koordinasiya mərkəzinin üzvü, AXCP sədri Əli Kərimlinin yaxın adamı Gültəkin Hacıbəylidir.

Bu, həmin Gültəkin Hacıbəylidir ki, açıqlamalarında, çıxışlarında tez-tez “hakimiyyətin Qarabağ kimi dərdi yoxdur” fikrini səsləndirirdi. İndi artıq onun da bir arqumenti qalmayıb.

Xankəndidə bayrağımızın ucaldılması kimi tarixi bir günə Hacıbəylinin reaksiyası aşağıdakı kimi olub:

“Gözəllərin ən gözəli üçrəngli bayrağımız Xankəndi səmasını şərəfləndirdi! Gözümüz aydın olsun! Bu xoşbəxtliyi bizə yaşadan əziz Şəhidlərimizin ruhu şad olsun!”

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR