İnsanlara hürriyət, millətlərə istiqlal!

Güllünün ölümündə yeni fakt: "İndi səni pəncərədən atacağam”

946 11.12.2025 14:34 Şou-biznes A A

Müğənni Güllününü ölümü ilə bağlı yeni detallar üzə çıxıb. 

Musavat.com xəbər verir ki,  Tuğyan Ülkem Gülterlə xaricə qaçmaq istəyərkən tutulan müğənninin qızı Sultan Nur Ulunun atası da nəzarətə götürülüb. Bu arada istintaqda daha bir çox mühüm inkişaf baş verib. Güllünün evinin təhlükəsizlik kamerası görüntülərindən analiz və təhlil üçün TÜBİTAK-a göndərilən səs yazıları dəhşətli mənzərəni ortaya çıxarıb: “SƏNİ İNDİ ATIRAM!”

“İndi səni çölə atacağam” sözləri xüsusi texnikalardan istifadə edilməklə aydınlaşdırılıb. Bu sözləri Güllünün qızı Gülterin dediyi müəyyən edilib. İstintaqın məlumatına görə, külli miqdarda spirtli içki qəbul edən Güllü hamama getdikdən sonra Gülter və dostu Ulu pəncərəsi alçaq olan otağa gedərək pəncərəni açıblar.

Daha sonra Tuğyan Güllünün hər eşidəndə rəqs etməyi sevdiyi qaraçı xalq mahnısı olan "Malkara"nı açıb. Hamamdan çıxanda musiqini eşitdikdən sonra təəccüblənən Güllü "Bu nədir?" deyərək otağa keçib. Orada Tuğyan “indi səni çölə atacam” deyərək, anası ilə əlbaəyaxa olub və anasını pəncərədən itələyib.

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR