İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözəllik müsabiqəsinin iştirakçılarını intim xidmətə cəlb edənlər saxlanılıb

906 26.02.2024 16:32 Dünya A A

Qırğızıstanda gözəllik müsabiqəsinin iştirakçılarını intim xidmətlərə cəlb edən şəxslər saxlanılıb.

Musavat.com kazax24 saytına istinadla xəbər verir ki, Milli Təhlükəsizlik Dövlət Komitəsinin məlumatına görə, fevralın 20-də Çuy vilayətinin İnternatsionalnoye kəndində seks və eskort xidmətlərinin göstərilməsini təşkil edən WhatsApp və Telegram messencerlərinin çat administratorları saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 160-cı ("Fahişəliyə və azğınlığa kömək etmə") maddəsi ilə məsuliyyətə cəlb edilib və məhkəməyədək istintaq işi çərçivəsində tutulublar.

“Instagram və TikTok sosial şəbəkələrində məşhurlaşan, 300-dən 5000 ABŞ dollarına qədər pul ödənişi müqabilində intim xidmətlər göstərən gözəllik müsabiqələrinin iştirakçıları olan 18-25 yaş arası model görünüşlü 15-ə yaxın qız qrup söhbətlərinə cəlb edilib. Həmin şəxslər intim xidmət göstərmələri üçün qızların Almatı, Dubay, Ankara və İstanbul şəhərlərinə səfərlərini təşkil ediblər”, - deyə MTDK-dan bildirilib.

Saxlanılan vətəndaşlar paytaxtın polis idarəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Həmçinin, istintaq zamanı Bişkekdəki otellərdə müştəriləri olan eskort işçiləri saxlanılıb, onlarla qabaqlayıcı tədbirlər həyata keçirilib.

Dövlət komitəsi intim xidmətlərin göstərilməsi sahəsində qanunsuz fəaliyyətə himayədarlıq edən digər təşkilatçıların, habelə vəzifəli şəxslərin müəyyən edilməsi istiqamətində iş aparır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR