İnsanlara hürriyət, millətlərə istiqlal!

Göz əməliyyatı edən həkim xəstəni 3 dəfə yumruqladı - ANBAAN VİDEO

2138 24.12.2023 08:30 Dünya A A

Çində dəhşətli hadisə baş verib.

Ölkənin Guigang şəhərində xəstəxanalardan birində həkim göz əməliyyatı zamanı 82 yaşlı xəstəsinə yumruq vurub.

Bu hadisə 4 il əvvəl, yəni 2019-cu ildə baş versə də, görüntülər indi ortaya çıxaraq dünya mətbautaında gündəm olub.

Təhlükəsizlik kameraları tərəfindən çəkilən videoda həkimin 82 yaşlı qadına üç yumruq vurduğu anlar əks olunub.

Həkimdən sonra tibb bacısı da xəstə tərpənməsin deyə ona müdaxilə edib.

Bildirilib ki, bu hadisə xəstəxana rəhbərliyindən gizlədilib. Lakin yayılan videodan sona həkim nəzarətə götürülüb, xəstəxana rəhbəri isə vəzifəsindən azad edilib.

Həkim həmin vaxt həkim anestezi əməliyyatı edirmiş. Xəstə gözlərinin tez-tez hərəkət etdirdiyindən həkim ona qarşı zorakılıq tətbiq edib.

Xəstəxana rəhbərliyi yaşlı qadından üzr istəyərək 500 yuan təzminat verəcəyini açıqlayıb.

Əməliyyatdan çıxan qadının oğlu anasının sol gözünün kor olduğunu, lakin bunun səbəbinin bilinmədiyini vurğlayıb. Yayılan videodan sonra araşdırmalara başlanılıb./BAKU.WS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR