İnsanlara hürriyət, millətlərə istiqlal!

Göygöldə AĞIR QƏZA - Ölən və xəsarət alanlar var - ADLAR

875 24.02.2024 19:40 Hadisə A A

Göygöldə baş verən qəzada xəsarət alanların kimliyi bilinib.

Xəsarət alanların adı aşağıdakı kimidir:

Vüsal Babayev (1985);

Xalidə İsayeva (1965);

Xudayar Musayev (1972);

Anar Qasımov (1993);

Elşanə Musalı (2004).

TƏBİB-dən Musavat.com-a bildirilib ki, baş verən qəzada xəsarət alan 2 nəfər (1 nəfər qadın cinsli, 1 nəfər kişi cinsli olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

"Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir. 1965-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır, 1985-ci il təvəllüdlü (kişi cinsli) şəxsin isə vəziyyəti stabildir", - deyə qeyd edilib .

***

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

Hətəkətdə olan "Mercedes Vito" markalı mirkoavtobusla "QAZ " markalı yük maşını toqquşub.

Qəza zamanı 1981-ci il təvəllüdlü Duman Abdullayev hadisə yerində ölüb.

Bir neçə nəfərin isə xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilib.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR