İnsanlara hürriyət, millətlərə istiqlal!

Gərginlik PİK HƏDDƏ: ABŞ 3 qayığı VURDU

1763 31.12.2023 22:26 Dünya A A

Dünyanın diqqəti İsrail və HƏMAS arasında davam edən müharibəyə yönəldiyi bir vaxtda Qırmızı dənizin cənubunda gərginlik pik həddə çatıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər 4 qayıqla Danimarkada yerləşən "Maersk" şirkətinə məxsus yük gəmisinə hücum edib. 

Məlumata görə, gəmiyə ciddi ziyan dəyməyib və tələfat olmayıb.

Yardıma gələn ABŞ Hərbi Dəniz Qüvvələrinə aid 2 helikopter husilərə aid qayıqlardan 3-nü vuraraq batırıb. Dördüncü qayıq isə ərazidən uzaqlaşdırılıb.

"Maersk" hadisə ilə bağlı açıqlama verərək Qırmızı dənizdən qarşıdakı 48 saat ərzində istifadə edilməyəcəyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR