İnsanlara hürriyət, millətlərə istiqlal!

Gərginlik böyüyür – Putin Paşinyanı belə cəzalandıra bilər

1459 09.01.2023 16:35 Analitika A A

“Kremlin Qarabağın dağlıq hissəsindəki Rusiya hərbi kontingentinin səlahiyyətlərini tədricən Azərbaycan ordusuna təhvil verməsi Paşinyana ən ağır zərbə olar”.

Musavat.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya-Ermənistan münasibətlərindəki gərginliyə diqqət çəkib:

elxan-shainoglu.jpg (21 KB)

“Nikol Paşinyan polisə Gümrü şəhərindəki Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada iştirak edənləri həbs etmək əmri verməklə Kremlə göstərmək istəyir ki, guya onun bu aksiya ilə əlaqəsi yoxdur.

Ancaq Kreml və onun Ermənistandakı əlaltısı olan “Qarabağ klanı” fərqli düşünür. “Qarabağ klanı” simasında müxalif siyasətçilər açıq bildirirlər ki, Rusiyanın hərbi bazası qarşısında aksiyanı birbaşa Paşinyan təşkil etməsə də, o, buna şərait yaradıb. Bunda həqiqət payı var. Birincisi, Paşinyan istəsəydi, etirazın qarşısını etirazçılar hərbi bazaya yürüşə başlayarkən ala bilərdi. İkincisi, Paşinyan Rusiya hərbi kontingentinin Laçın yolunu açmamasından narazıdır.

Paşinyan istəyinə nail olmadıqda Gümrüyə gedən erməni etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlamağa cəhd ediblər. Sanki Paşinyan Moskvaya demək istəyib ki, “biz də sizin yolunuzu bağlaya bilərik”.

Üçüncüsü, Gümrü hərbi bazasının qarşısındakı şüarlarda Rusiya və Kreml sahibi Vladimir Putin əleyhinə aşağılayıcı şüarlar səsləndirib. “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” bağıran etirazçılar Paşinyanın düşündüyünü dilə gətiriblər”.

Elxan Şahinoğlu Ermənistan baş nazirinin bu aksiya vasitəsilə Rusiyaya başqa bir mesajını da çatdırmaq istədiyini söyləyib:

“Bu etirazla Paşinyan Kremlə demək istəyib ki, Laçın yolunu açmasanız, Ermənistanda Rusiya əleyhinə narazılıq artacaq.

Moskvadakı siyasi dairələr Paşinyanın ABŞ və Fransa ilə daha da yaxınlaşmaq üçün Rusiya əleyhinə bəhanə axtarmasından şübhələnirlər. Növbə Kremlindir, Rusiyadakı dairələrin Paşinyanı cəzalandırmağın yeni üsulları barədə düşündüklərini ehtimal etmək olar. Kremlin Qarabağın dağlıq hissəsindəki Rusiya hərbi kontingentinin səlahiyyətlərini tədricən Azərbaycan ordusuna təhvil verməsi Paşinyana ən ağır zərbə olar”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR