İnsanlara hürriyət, millətlərə istiqlal!

Gerçəkləşən işğal

2765 30.09.2022 00:14 Yazarlar A A

Bir neçə saat sonra Kremldə rəsmiləşəcək sənədlə Azərbaycandan böyük bir ərazi, bir “dövlət” Rusiyaya “birləşəcək”

İşğalın nə demək olduğunu bizdən yaxşı bilən olmaz. 30 ilə yaxın ölkəmizin 20 faizi erməni işğalı altında qaldı, dərddən çərləyib çox ölənlər oldu, qaçqınlıq kimi ağır bir tale yaşadıq. Bu, şükürlər ki, artıq bizim üçün keçmişdir, torpaqlarımız azaddır, tikilir, qurulur. Amma içi şəhidlərimiz daxil bu işğalın ağrısı-acısı unudulmaz, hələm-hələm keçməz...

Ukrayna fərqli hadisədir, 2014-cü ildən bu torpaqlarda top, atəş səsləri susmur, göz yaşları qurumur. Orada da işğal var, oradan da qaçqın düşənlər, orada da hər iki tərəfdən minlərlə ölən var. Bu, tarixi erməni-azərbaycanlı düşmənçiliyi deyil amma, iki qardaş xalqın bir-birinə qarşı qoyulması, bir-birinə nifrət etməsini istəyənlərin başlatdığı savaşdır. Mənasız bir savaş həm də.

Vaxtilə Ukraynaya Rusiyanın torpaqlarını qatıblar, amma hamı öz tarixi ərazilərinə iddia etmiş olsa, dünyanın hər yerində gərək müharibələr başlasın. İşğal deyəndə təkcə Rusiya göz önünə gəlir, ABŞ-da işğalçıdır, Fransa da, vaxtilə Almaniya da...Güc kimdədirsə, haqq da ondadır. Bu, dünyada yeni yaradılmış formul deyil, dünya bu güc üzərində qurulub. Ukrayna güclərin savaşında nə yazıq ki, qurbandır...

DFD5F3F2-DD23-4BBE-921D-1B3AAB2A2CFB_w1080_h608_s.jpg (128 KB)

Ukrayna Avropa Birliyinə üzv olmaq, Qərbə doğru getmək istəyirdisə, bunun daha qan-qadasız yolunu tapmaq olardı. Ukraynanın Rusiya ilə yol ayrılığını görün, gətirib hara çıxardılar? Dəhşətli müharibəyə, dünya böhranına, nüvə hədəsinə...

Xerson uğrunda döyüşlər gedir

Rusiya 2014-cü ildə olduğu kimi, bu dəfə də yeni əraziləri ilhaq etdi, bir neçə saat sonra Kremldə bunu sənədlərlə rəsmiləşdirəcəklər də. Ukraynalı üçün nə qədər ağrılı olsa da, gücün gerçəkləşdirdiyi fakdır. Qanunidirmi? Əsla! Referendumların hüquqi əsası varmı? Qətiyyən! Sivil dünya yeni əraziləri Rusiya ərazısi kimi tanıyacaqmı? Əlbəttə, yox! Amma bu faktı, baş verən hadisəni dəyişməyəcək.

Fakt isə budur: Donetsk vilayətinin sərhədləri daxilində elan edilmiş “respublikanın” ərazisi 26,52 min kvadratmetrdir. Luqansk vilayətinin sərhədləri daxilində elan edilən qondarma “Luqansk Xalq Respublikası”nın sahəsi 26,68 min kvadratmetrdir. Zaporojye vilayətinin sahəsi 27,18 min, Xerson vilayətinin sahəsi isə 28,46 min kvadratmetrdir. Azərbaycandan böyük bir ərazi, bir “dövlət”!

Allah bizim üzümüzə baxdı ki, erməni işğalını belə saxta olsa da, sənədlərlə rəsmiləşdirmək imkanı verilmədi. Edə bilərdilərmi? Edə bilərdilər. Niyə edə bilmədilər? Çünki Amerika və Fransa uzaqda idi. İndi dünyada yaranmış böhranı fürsət bilib özlərini ermənilərin dadına yetiriblər, amma gecdir. Azərbaycan ordusu da, Prezident İlham Əliyev də onları bir neçə ay qabaqlayıb.

Putin bu gün Moskvada olan MDB ölkələrinin kəşfiyyat idarələrinin rəhbərləri ilə görüşündə maraqlı fikirlər dedi. O, Qərbin MBD-də yeni münaqişə ocaqları yaratmaq, “rəngli inqilablar” planlarından danışdı, Ermənistana da eyham vurdu, çünki son aylar Qərb bu ölkə üzərindən planlar qurduğunu heç gizlətmir də. Paşinyanın tez-tez dəyişən ovqatı da buna işarədir. MDB-də yeni xain, yeni araqarışdıran, adını nə qoyuruq-qoyaq, Ermənistan olacaq. Biz bu məsələdə son dərəcə diqqətli olmalıyıq. Hətta siyasi şərait imkan versə, gedib ordu ilə Xankəndidə erməninin başı üstündə oturmaq lazımdır, yoxsa bizə yeni, gözləmədiyimiz problemlər yaratmağa çalışacaqlar.

Putin's suicidal gamble | Russia-Ukraine war | Al Jazeera

Bəs, müharibə olmaya, bu ərazilər Ukraynanın yurisdiksiyasında qala bilərdimi? Müharibədən əvvəl yazdığımız “Ukrayna bədbəxt olacaq, ərazilərini itirəcək, ölkə xaraba qalacaq” xəbərdarlıqları bu oyunu quranlara yad deyildi, amma vız gələrdi. Əlbəttə, bilirdilər ki, bu kriz böyüyəcək, dünya düzəni dağılacaq, böhran olacaq. Amma bu planı gerçəkləşdirməkdən vaz keçmədilər, ən pisi odur ki, ölkəsini müharibəyə sürükləyəcək lider də tapdılar.

Ukraynadakı “Rusiya referendumu”: Seçicilərin “99 faizindən çoxu Rusiyaya  birləşmək istəyir” - BBC News Azərbaycanca

Zelensiki seçiləndən onun Ukrayna üçün xeyrli adam olmayacağı bəlli idi. Amma xalq ona “müharibə edəcəm” vədinə görə səs verməmişdi, onu o səbəbdən seçmişdilər ki, “Ukraynaya sülh gətirəcəm, ölkənin şərqindəki problemi sülhlə” həll edəcəm demişdi. Amma o, ölkəsini dünya güclərinin poliqonuna çevirmək kimi xain bir plana razılaşdı. Putin imperiya xəyallarından vaz keçmir, yezidə ağlamaq kimi olsa da, Rusiya bu savaşdan yayınmaq üçün hər şey etdi. Müharibədən əvvəl Rusiya-ABŞ, Rusiya-NATO danışıqlarını bir daha gözdən keçirin, həqiqəti görəcəksiniz. Rusiya tələyə düşmək istəmirdi, amma başqa yol qoymadılar. Minsk razılaşmasından Kiyevi yayındırdılar, “NATO-nu genişləndirəcəyik, hətta Ukraynanın üzvlüyü mümkündür, Moskva qadağa qoya bilməz” dedilər. Hücuma hazır “ayı”ya qəzəblənməsi üçün hər şey etdilər. Nəticə də bu...

pjimage-2022-04-29T160144.656.jpg (36 KB)

İşğal Kremldə bir neçə saat sonra rəsmiləşəcək. Amma bu Rusiya xalqına heç nə verməyəcək, hətta sevinə bilməyəcəklər də. Putin bunu məncə, səfərbərlik elan ediləndə anladı... Amma onun üçün də artıq gecdir...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR