İnsanlara hürriyət, millətlərə istiqlal!

Georgiyeva vəzifəsində qalmaq istəyir...

684 08.03.2024 20:39 Dünya A A

Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva qərargahı Vaşinqtonda yerləşən təşkilatın rəhbəri postunda ikinci müddətə qalmaq istədiyini bildirib.

Musavat.com xəbər verir ki, o, Bloomberg-in bir gün əvvəl verdiyi məlumatı Reuters-ə təsdiqləyib: "Mənim cavabım bəli, əgər üzv dövlətlər arasında geniş dəstək olarsa, xidmətə davam etməkdən şərəf duyacağam. Fond problemli sularda üzən dayanıqlı bir gəmidir və üzv dövlətlər məni ikinci müddətə bu gəminin kapitanı seçsələr, mən minnətdar olacağam".

Bloomberg-in məlumatına görə, Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Maire artıq Georgiyevanın ikinci müddətə yenidən seçilməsini dəstəkləyib. Onun fikrincə, 70 yaşlı xanım Georgiyeva fondun rəhbəri işinin öhdəsindən əla gəlir.

Yenidən seçilmək üçün namizəd olan Bolqarıstan əsilli Georgievanın beş illik səlahiyyət müddəti sentyabrda başa çatır. Bundan əvvəl fond idarəedici direktor vəzifəsinə namizədlərin seçilməsi prosesinə başlamalıdır. Fondun İcraçı Direktorlar Şurasının və ya onun Rəhbərlər Şurasının üzvləri namizədlər irəli sürə bilərlər. Sonuncu qurum - BVF iyerarxiyasında ən yüksək orqan - təşkilata üzv ölkələrin maliyyə nazirləri və ya mərkəzi banklarının rəhbərləri səviyyəsində fəaliyyət göstərir.

BVF-nin bütün tarixində təşkilata ən uzun müddət fransız Mişel Kamdess rəhbərlik edib. O, üç dəfə vəzifəyə yenidən seçilib - 1987-ci ildən 2000-ci ilə qədər. BVF-nin mövcud olduğu səkkiz onillik ərzində 12 idarəedici direktordan 5-i Fransada anadan olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR