İnsanlara hürriyət, millətlərə istiqlal!

Generaldan həyəcan təbili: “Rusiya Cənubi Qafqazdan sıxışdırılır” 

1761 28.10.2022 12:25 Region A A

Rusiyanın Cənubi Qafqazda strateji maraqlarına zidd olan dövlətlərin, o cümlədən Türkiyənin silahlı qüvvələrinin modernləşdirilməsini nəzərə alaraq, Rusiya-Ermənistan birgə hərbi-sənaye kompleksi müəssisələrinin işə salınması həmişəkindən daha aktualdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu İrəvanda “Lazarev klubu”nun oktyabrın 28-də “Rusiya-Ermənistan münasibətlərinin tarixi keçmişi və bu günü” mövzusunda keçirilən iclasında general-leytenant, siyasi elmlər doktoru Hayk Kotancyan deyib.

“Qərar qəbuletmə mərkəzlərindəki həmkarların diqqətini Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması təhlükəsinin reallığına cəlb etməyi özümə borc bilirəm”, - deyə erməni general bildirib.

Rusiyaya qarşı hibrid müharibə kontekstində Rusiya-Çin strateji əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Kotancyanın fikrincə, Ermənistan bunun üçün əlverişli alternativ platforma rolunu oynaya bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR