İnsanlara hürriyət, millətlərə istiqlal!

General Mehmandarov küçəsində ağır qəza-fotolar  

600 12.07.2023 15:12 Hadisə A A

Bu gün günorta radələrində paytaxtın Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, "BMW" markalı avtomobil General Səməd bəy Mehmandarov küçəsi ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın arakəsmədəki işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən elektrik dirəyi aşıb, avtomobil yararsız hala düşüb. Ölən və yaralılarla bağlı hələlik təfsilatlı məlumat yoxdur.

Qeyd edək ki, bu ünvanda yol qəzalarına vaxtaşırı rast gəlinir. Yolda radarların olmaması səbəbindən bəzi sürücülər sürət həddini aşır ki, bu da bədbəxt hadisələrə səbəb olur. Yolun dayanacaq olan hissəsinə keçmək bəzən piyadalar üçün risklər yaradır. Eyni zamanda sakinlər yol kənarında avtomobillərin parklanmasının da piyadalara əlavə təhlükə yaratdığını bildirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR