İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülh müqaviləsi bu tarixə qədər imzalanmayacaq”

1109 31.07.2024 19:38 Son xəbər A A

“Ermənistan ətrafında mövcud vəziyyət onu göstərir ki, ekzistensial problemlərin əraziləri təslim etməklə həlli mümkün deyil”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin revanşist deputatı Kristin Vardanyan deyib.

“Mən sülh müqaviləsinin ilkin layihələri ilə tanış olmaq imkanı əldə etmiş deputatlardan biriyəm. Ümumiyyətlə, biz 5 layihə variantını nəzərdən keçirdik. Azərbaycan artıq yeni tələblər irəli sürür. Məsələn, əvvəllər ATƏT-in Minsk qrupunun ləğvi təşəbbüsünə birgə yanaşma tələbi yox idi. İndi Bakı bəyan edir ki, Ermənistan Azərbaycanla birlikdə bu müraciəti ATƏT-ə ünvanlamayana qədər sülh müqaviləsi imzalanmayacaq. Halbuki bu, əvvəllər yox idi”.

Yerli jurnalist “Azərbaycanın Minsk qrupundan niyə bu qədər qorxduğu” kimi axmaq sual ünvanlayıb.

“Mən burada “qorxur” ifadəsini işlətməzdim. Vəziyyəti düzgün qiymətləndirmək bizim üçün vacibdir. Azərbaycan bu addımı ilə həqiqətən nəyə nail olmaq istəyir? O, əldə etdiklərini hüquqi yolla qazanmağa, bizə kömək edə biləcək bütün hüquqi əsasları və platformaları yox etməyə çalışır” - deyə erməni deputat bildirib.

Kristin Vardanyanın sözlərinə görə, hazırda Ermənistanın Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanıması üçün heç bir hüquqi sənəd yoxdur.

“Qərb platformalarında Paşinyanın bəyanatı var, amma Ermənistanın adından heç bir sənəd yoxdur”, - deyə erməni deputat bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR