İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gənclik Mall”da olay: Pul kisəsini oğurladı, mağazadan 241 manatlıq siqaret aldı

1188 16.05.2023 01:14 Hadisə A A

Nərimanov rayonu ərazisində yerləşən "Gənclik Mall” ticarət mərkəzinin liftində oğurluq hadisəsi baş verib.

Hadisə bir neçə gün əvvəl qeydə alınıb. Hadisəyə görə 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş Elsəvər (şərti) saxlanılıb. Onun Sumqatyıtda sərnişin avtobuslarından, apteklərdən də oğurluq etməsi məlum olub.

Məhkəmə Elsəvəri Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib və 2 il 4 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Elsəvər "Gənclik Mall” ticarət mərkəzinin liftində qızı ilə yemək yeməyə gələn şəxsin əl çantasının açıq olduğunu görərək içərisindən pul kisəsini götürüb. Sonra liftdən çıxıb "Gənclik Mall” ticarət mərkəzini tərk edib.

Bundan sonra tanışı Ramillə "Gənclik Mall” ticarət mərkəzinin yanından taksiyə minərək Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən supermarketə gedib. Götürdüyü pul kisəsinin içərisində olan bank kartı ilə 241 manatlıq müxtəlif siqaretlər alıb. Daha sonra həmin siqaretləri Sumqayıt şəhərində tanımadığı şəxsə 200 manata satıb.

Bundan sonra pul kisəsinin içərisində olan 70 manat nağd pulu götürüb. İçərisində bank kartları və şəxsiyyət vəsiqəsi olan pul kisəsini Sumqayıt şəhərində zibilliyə atıb.//Qaynarinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR