İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

437 06.05.2022 11:51 Kriminal A A

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Yaşar Hüseynov cari ilin mart ayında vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq əllərindəki odlu silah ilə sakinləri hədələrək pul tələb ediblər.

Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilən zaman Yaşar Hüseynovdan 1 ədəd “Churchill” markalı ov tüfəngi, həmin tüfəngə aid patronlar da aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR