İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə kanalizasiya borularını oğurlamaqda şübhəli bilinən şəsxlər saxlanılıb

275 26.04.2023 12:26 Son xəbər A A

Daxili İşlər Nazirliyininin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə 2 müxtəlif ünvandan su Gəncə Sukanal TSC-yə məxsus boruların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ruslan Lepexov və Aqşin Məmmədov saxlanılıb. Hər iki şəxs ifadəsində binaların zirzəmisində olan dəmir boruları oğurlayaraq metal qəbuletmə məntəqələrinə satdıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR