İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələcəyin unitazı təqdim edildi: Çağırırsan, gəlir, tullantıları... - VİDEO

1860 15.06.2026 23:17 Dünya A A

Çində təqdim olunan yeni texnologiya qısa müddətdə sosial şəbəkələrin diqqət mərkəzinə çevrilib.

Musavat.com xəbər verir ki, Yueban Power Technology şirkəti istifadəçinin çağırışı ilə mənzilin istənilən nöqtəsinə gələ bilən ağıllı təkərli unitaz – Yueban Xiaoban modelini təqdim edib.

Qurğunun təxmini qiymətinin 312 min rubl olacağı bildirilir. Sistem tam avtomatik işləyir və insan müdaxiləsi tələb etmir.

Model əsasən hərəkət imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub. Bununla belə, yenilik kompüter qarşısında uzun müddət vaxt keçirən geymerlərin də marağına səbəb olub.

Xiaoban isti sulu bide, isti hava ilə qurutma sistemi, xoşagəlməz qoxulara qarşı aktivləşdirilmiş kömür filtri və digər funksiyalarla təchiz edilib.

Qurğu özünü avtomatik təmizləyir, tullantıları isə daxili üyüdücü sistem vasitəsilə adi unitaza ötürərək boşaldır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR