İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gecə klubuna sahura getmişdim" - Bardakı partlayışda yaralanan qız

2343 08.04.2022 11:30 Gündəm A A

"Location" klubda baş verən partlayışda yaralanan model Təranə Rzayeva (Merlin) onu tənqid edənlər barədə sosial şəbəkədə status yazıb.

Model bu sözləri qeyd edib:

"Bütün şəkillərimizin paylaşıldığı yerlərdə özlərinə yüzə yaxın saxta səhifələr açanlar şərh yazırlar. Onlar sırf şərh yazmaq üçün yaradılan saxta səhifələrdir. Ağızlarına gələn murdar ifadələri işlədirlər, iyrənc kütlə yığırlar. Yəni əslində bunu yazan iki-üç adamdır. Mənə yüzlərlə xanımlardan və bəylərdən dəstək mesajı gəlir. Əylənmişəm, demişəm, gülmüşəm... Kimə pislik etmişəm? Nəyisə edəndə kimdənsə icazə almayacam ki... Yanan da mən oldum, sizlər deyil, kəfəni cıran da... Hər kəs deyir, anam namaz üstə olub. Mən deyirəm, qızım namaz üstə olub. Çünki orucluq girən günü ilk dəfə namaz qılmağa başlayıb, ilk orucunu tutub. O saatda klubda belə olmasaydım da, sahur üçün başqa restoranda olacaqdım. Hər orucluqda olduğu kimi. İçki də içməmişəm. Məni tanıyan bilir ki, içkiyə meylli biri deyiləm, xoşlamıram".

(Lent.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR