İnsanlara hürriyət, millətlərə istiqlal!

Fulya Öztürk "CNN Türk"ə qayıtdı

611 11.07.2022 21:36 Şou-biznes A A

Vətən müharibəsi dövründə fəaliyyəti ilə Azərbaycanda da məşhurlaşan türkiyəli aparıcı-jurnalist Fulya Öztürk yeni iş yeri məlum olub.

Axşam.az xəbər verir ki, Fulya yenidən "CNN Türk"də fəaliyyət göstərəcək. O, bu barədə instaqram hesabında məlumat paylaşıb.

"1 ildə çox şey öyrəndim... Ən böyük motivasiyam əl-ələ tutduğum insanlara göstərdiyimiz kömək idi... Amma karyeramın bu istiqamətdə irəliləməsini istəmədim, çünki içimdəki coşqu, xəbərçilik duyğusu məni rahat qoymadı. Onsuz da proqramımda tez-tez meydanda olurdum. Aylar əvvəl qərar vermişdim ki, yeni mövsümdə gündüz proqramında olmayacağam. Qərarımı elan etdikdən sonra bütün təklifləri dəyərləndirdim. 15 ildir böyük məmnuniyyətlə işlədiyim evimə qayıtmaq qərarına gəldim. Ünvanım, bildiyiniz kimi "CNN Türk" deyə, Fulya yazıb.

Qeyd edək ki, Fulya bundan əvvəl "Fox TV"də yayımlanan "Fulya ilə umudun olsun" proqramının aparıcısı idi. Buna qədər isə o, "CNN Türk"də müxbir kimi fəaliyyət göstərib. Bu məhz burada çalışarkən İkinci Qarabağ müharibəsinin işıqlandırılmasında fəal iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR