İnsanlara hürriyət, millətlərə istiqlal!

FTX “Crocus City Hall”da terakt törədənlərin 3 yardımçısını saxlayıb

840 04.04.2024 17:13 Dünya A A

RF-nin Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskvada, Yekaterinburqda və Omskda “Crocus City Hall” konsert zalında terror aktı törədən şəxslərə yarıdm edən 3 nəfəri saxlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası xidmətin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Saxlanılanların biri Rusiya, digər ikisi xarici ölkə vətəndaşıdır. Onlardan ikisinin terrorçuların istifadə etdiyi silah və nəqliyyat vasitələrini almaq üçün pul köçürdüyü, üçüncünün isə cinayət ortaqlarının cəlb edilməsi və cinayətkarların maliyyələşdirilməsi ilə məşğul olduğu məlum olub.

Hər üç müttəhim Mərkəzi Asiya regionundandır.

Qeyd edək ki, martın 22-də Moskva vilayətində Crocus City Hall konsert zalında terror aktı baş verib. Hadisə nəticəsində 144 nəfər həlak olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR