İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın təşəbbüsünə hansı ölkə qoşulacaq?

1964 27.02.2024 14:16 Dünya A A

Polşa Ukraynaya öz hərbi qulluqçularını göndərmək niyyətində deyil.

Musavat.com xəbər verir ki, bu sözləri ölkənin milli müdafiə nazirinin müavini Sezari Tomçik Polsat telekanalının efirində deyib.

Onun sözlərinə görə, ölkədə belə bir layihə, ideya yoxdur.

Bundan əvvəl Polşa prezidenti Anjey Duda NATO ölkələrinin öz əsgərlərini Ukraynaya göndərmək imkanları ilə bağlı fikir ayrılığının olduğunu bildirmişdi. O, hələlik qərarın verilmədiyini vurğulayıb.

Ötən gün Fransa prezidenti Emmanuel Makron bildirib ki, Qərb ölkələri öz hərbi personalını Ukraynaya göndərmək imkanını istisna etmirlər. Fransa müxalifətinin liderlərindən biri olan Le Pen Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatını yüksək qiymətləndirib.

Öz növbəsində, Slovakiyanın baş naziri Robert Fiko Parisdə keçirilən Kiyevə dəstək konfransından məyus olub. O deyib ki, tədbirdə sülhlə bağlı bir kəlmə belə səslənməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR