İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransanın qərəzli mövqeyi ABŞ-ın güclənməsinə gətirib çıxarır” - politoloq

427 05.05.2023 15:44 Siyasət A A

“Prezident İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda regional və beynəlxalq təhlükəsizliyə dair bir sıra mühüm mesaj verdi. Fransanın birtərəfli qaydada Ermənistanı dəstəkləməsi, Cənubi Qafqazda aşkar şəkildə sülh və təhlükəsizliyi istəməməsi çox böyük problemlərə yol açır”.

Bunu Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.

Politoloq Rusiya-Ukrayna müharibəsinin Rusiyanın vasitəçilik imkanlarını azaltdığına diqqət çəkib: “Biz siyasi-diplomatik görüşlərdə bunun şahidi oluruq. Fransanın qərəzli mövqeyi ABŞ-ın məhz diplomatik müstəvidə güclənməsinə gətirib çıxarır. Arlinqtonda keçirilən görüşlər və tərəflər arasında konsensusun əldə olunmasına dair vasitəçilik imkanlarının Azərbaycan və Ermənistan tərəfinə tam həcmdə təqdimatı müşahidə olundu. Növbəti görüşlər Rusiyanın vasitəçiliyi ilə keçiriləcək. Böyük ehtimalla Kişinyovda Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində ali səviyyədə görüş olacaq. XİN rəhbərlərinin görüşü bu görüşə hazırlıq məqsədilə təşkil olunmuşdu. Eyni zamanda düşünürəm ki, Vaşinqton vasitəçiliyi ilə həyata keçirilən görüşlər effektiv oldu. Ceyk Sallivan və Entoni Blinkenin nikbin olması tərəflərin bir-birinə maksimum yaxınlaşdığını deməyə əsas verir”.

Qeyd edək ki, beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Report”a deyib ki, ABŞ Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və mümkün sülh müqaviləsinin imzalanmasında obyektiv vasitəçidir. “Vasitəçiliyi bu gün müharibə aparan Rusiyaya və ya tərəflərdən birini açıq şəkildə dəstəkləyən Fransaya həvalə etmək olmaz”, - deyə Brayza bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR