İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransalı deputat Makronu topa tutdu

475 06.07.2023 15:20 Siyasət A A

“Fransa baş verən etirazlar, iğtişaşlar onu göstərir ki, ölkədə iqtisadi-sosial çətinliklər var”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Fransa Respublikasının Milli Assambleyasının deputatı Jean Victor Castor Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusundakı tədbir çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Fransada baş verənlər hökumətin siyasətinin nəticəsidir.

“Təəccüblü deyil, vəziyyətin bu yerə çatması gözlənilən idi. Əhali Fransa siyasətindən əziyyət çəkir. Biz Fransa siyasətinin qurbanlarıyıq”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Fransada hamı deyir ki, hökumətin siyasətindən əziyyət çəkir:

“Polis zorakılığı haqqında danışarkən, Prezident Emmanuel Makron deyir ki, elə şey yoxdur. Amma ortada zorakılığa dair xeyli faktlar var”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR