İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada pensiya islahatına qarşı etirazlar davam edir

205 13.04.2023 15:43 Son xəbər A A

Fransada pensiya islahatına qarşı etiraz nümayiş və tətilləri ara vermir. Sayca 12-ci etiraz aksiyası bu gün yerli vaxtla saat 14:00-a planlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, ölkədə nəqliyyat, məktəblər və tullantıların yığılması sahələrində tətillər davam edir. Şəhərlərarası və şəhərdaxili dəmir yolu nəqliyyatının hərəkətində problemlər olacağı bildirilib.

Bugünkü nümayişin ölkənin 270 şəhər və qəsəbəsində keçiriləcəyi və etiraz aksiyalarında 600 minə yaxın fransızın iştirak edəcəyi gözlənilir. Aksiyaya “sarı jiletlər”in də qatılacağı qeyd edilir. Ölkədə 12-ci etiraz nümayişi ilə bağlı 11 500 polis və jandarm səfərbər olunub ki, onlardan 4200-ü Paris üçün nəzərdə tutulur.

Parisdə nümayişçilər Opera meydanından Bastiliya meydanına doğru irəliləyəcək. Aksiyaya 500-1000 arası riskli və şübhəli qrupların da səfərbər olunduğu ehtimal edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR