İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa yüzlərlə zirehli texnikanı Ukraynaya verəcək-hamısı köhnədir

1081 31.03.2024 17:12 Dünya A A

Fransa Ukraynaya yeni yardım paketi çərçivəsində yüzlərlə köhnə, lakin "hələ də işlək" VAB zirehli texnikasını, eləcə də SAMP/T hava hücumundan müdafiə raketlərini təhvil verməyi planlaşdırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornü yerli “La Tribune” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu cür zirehli maşınlar cəbhə xəttini saxlamaq və Ukrayna qoşunlarının hərəkətliliyi üçün lazımdır.

"Bunlar, hələ də işlək vəziyyətdə olan köhnə avadanlıq sayılır və böyük miqdarda ötürülsə, birbaşa Ukrayna üçün faydalı olacaq ", - Lekornü əlavə edib.

Fransa ordusunda 40 ildən çox yaşı olan VAB zirehli transportyorları hazırda  yeni nəsil Qriffon zirehli maşınları ilə əvəz olunur.

Həmçinin Ukraynanın hava hücumundan müdafiəni gücləndirmək tələbinə cavab olaraq, Fransa Aster 30 raketlərini SAMP/T zenit-raket sistemlərinə keçirəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR