İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa parlamenti pensiya yaşının 64-ə qaldırılmasına imkan vermədi

1325 12.11.2025 23:46 Sosial A A

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) üzvləri pensiya islahatının dayandırılmasını nəzərdə tutan düzəlişi qəbul ediblər. Musavat.com xəbər verir ki, düzəliş pensiya islahatının 2027-ci ilə qədər dayandırılmasını nəzərdə tutur.

 Milli Assambleyanın saytında yayımlanan iclasda aşağı palatanın spikeri Yael Bron-Pivet elan edib ki, “dəyişiklik qəbul edildi". Parlamentin 255 üzvü layihənin lehinə, 146-sı isə əleyhinə səs verib. Səsvermədə cəmi 505 üzv iştirak edib, onlardan 104-ü bitərəf qalıb. Beləliklə, Fransa dünyada pensiya yaşının artırılması planından müvəqqəti də olsa imtina edən ilk ölkə olub.

Daha əvvəl Sebastyan Lekornunun hökuməti Sosialist Partiyasına güzəştə gedib və təqaüd yaşını 62-dən 64-ə qaldıracaq populyar olmayan 2023-cü il pensiya islahatının dayandırılmasını nəzərdə tutan düzəlişi parlamentə təqdim etməyə razılaşıb. Sosialistlər buna cavab olaraq parlamentə etimadsızlıq təklifini dəstəkləmədilər və bu da Lekornunun hökumətinin mövcudluğuna imkan verib.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR