İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa parçalanmaq ərəfəsində: 6-cı respublika yarana bilərmi?

1009 04.07.2023 15:51 Siyasət A A

“Fransada dəfələrlə həm etnik, həm də sosial zəmində ciddi iğtişaşlar baş verib. Sonuncu dəfə pensiya islahatları ilə bağlı aksiyalar keçirilmişdi”.

Bunu Musavat.com-a Topçubaşov mərkəzinin həmtəsisçisi, direktor müavini Murad Muradov deyib.

murad.jpg (147 KB)

Politoloq əvvəllər polis zorakılığının gündəmə gətirilmədiyinə diqqət çəkib: “Xüsusilə Qərbi Avropa ölkələrində bu, müstəsna hadisələrdən biridir. Vəziyyət vətəndaş müharibəsi, silahlı mübarizə səviyyəsinə qalxmadığı müddətdə Fransanın, prezident Makronun ittiham ediləcəyini düşünmürəm. Göründüyü kimi, iğtişaşlar səngiyib. Bunun Fransa üçün əhəmiyyətsiz epizod olduğunu deyə bilmərik. Ölkədə struktural problemlər var. Ənənəvi sekulyar, XIX əsr dəyərlərinə əsaslanmış dövlətçilik modelinə öyrəşmiş cəmiyyət dəyişiklikləri çətinliklə qəbul edir. Dövlətin insanların həyat tərzinə daha az qarışması problemlidir. Güman etmək olar ki, yaxın illərdə Fransada yeni ictimai razılaşma modeli gündəmə gələcək. İndiki rejim 5-ci respublika kimi tanınır. Düşünürəm ki, ənənəvi Fransanı islah edən 6-cı respublikanın yaranmasının şahidi olacağıq. Makronun nüfuzu heç zaman yüksək olmayıb, eyni zamanda dövlət strukturu rejimin sabit qalmasına şərait yaradır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR