İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa hərbi qüvvələrini Ukraynaya göndərmək üzərində işləyir – “Le Monde”

622 01.03.2024 23:04 Dünya A A

Fransa xüsusi təyinatlı qüvvələrinin və bəzi digər bölmələrinin Ukrayna sərhədindən keçməsinə icazə verməyi nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Qəzetin geniş materialında qeyd olunur ki, belə bir tədbir Rusiya üçün “strateji dilemma” yaratmaq vasitəsi kimi qiymətləndirilir: “Bu, hərbi təlimçilərin potensial olaraq digər şərti birliklərlə birlikdə Ukrayna sərhədini keçməsinə icazə verilməsi ideyası fransız təfəkkürünün mərkəzində dayanır. Fransanın belə hərbi mövcudluğu Ukraynanın bəzi ərazilərini qoruya və işğalçıların hücumlarını məhdudlaşdıra bilər".

Müəlliflər qeyd edirlər ki, Fransa prezidenti Emmanuel Makronun hərbi təlimçilərin Ukraynaya göndərilməsi ilə bağlı son şərhləri müxtəlif Qərb xidmətlərinin nümayəndələrinin Ukrayna torpaqlarında faktiki mövcudluğu üzərindəki pərdəni dolayısı ilə qaldırıb: “Qərb kəşfiyyat xidmətləri sferasına mənsub, çox vaxt hərbi statusa malik olan çoxsaylı dövlət məmurlarının Ukraynaya gəlişi və getməsi, Ukrayna münaqişəsinin başlanğıcından bəri aparılan müharibənin xarakterinə xas olan aşkar faktdır. Bu səfərlər diplomatik qərargah üzvləri və ya Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ilə əməkdaşlıq edən “məsləhətçilər” adı altında xüsusi təyinatlılar tərəfindən həyata keçirilir”.

Eyni zamanda nəşrin diplomatik dairələrdən olan ukraynalı həmsöhbəti “bütün müttəfiq dövlətlərin Ukraynada olduğunu” iddia edir: "Bunlar döyüş bölmələri deyil, amma məsələn, bütün kəşfiyyat xidmətlərinin nümayəndələri var. Əgər silahların tədarükü varsa, orada avadanlıqdan istifadə üçün məlumat verəcək insanlar olmalıdır. Ukrayna həm də yeni hərbi birləşmələr üçün sınaq meydanıdır. Belə ki, pilotsuz uçuş aparatları yerində sınaqdan keçirilir, bunu həyata keçirən mütəxəssislər bir sıra yerlərdə var”.

Nəşr onu da qeyd edir ki, Paris Ukrayna Silahlı Qüvvələrini hava hücumundan müdafiə sahəsində təlimlə təmin etmək istəyir: “Fransız əsgərlərinin və ya digər millətlərdən olan əsgərlərin mövcudluğu potensial olaraq Ukrayna ərazisinin müəyyən ərazilərinin təhlükəsizliyini təmin edə və Moskvanın indiki nəzarətsiz bombardmanını ciddi şəkildə məhdudlaşdıra bilər. Müttəfiqlərin mövcudluğu ABŞ-ın F-16-larının vəd edilmiş gəlişi üçün də əhəmiyyətli olardı”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR