İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Rusiyaya qarşı ən güclü silahından danışdı: "Məqsəd..."

477 13.03.2025 15:44 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin pilotsuz uçuş aparatları (PUA) istehsalını və modernizasiyasını gücləndirdiyini açıqlayıb.

Bu barədə Musavat.com Zelenskinin rəsmi Telegram hesabına istinadla yazır.

Dron istehsalı Ukraynanın Rusiyaya qarşı mübarizədə əsas müdafiə strategiyalarından biri hesab edilir. Dövlət başçısı bildirib ki, bu sahədə əldə edilən nailiyyətlər Ukraynanın uzunmüddətli təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq və gələcəkdə ölkənin qlobal təhlükəsizlik ixracatçısına çevrilməsi üçün imkanlar yaradacaq.

“Bu müharibədə ukraynalılar göstərdilər ki, pilotsuz sistemlər mövqeləri qorumaq və insanların həyatını xilas etmək üçün nə qədər vacibdir. Biz sübut etdik ki, PUA sahəsində davamlı inkişaf əsas prioritetlərdən biri olmalıdır”, – deyə Zelenski vurğulayıb.

Error loading media: File could not be played
00:00
00:00
 

Dövlət başçısı həmçinin bildirib ki, hazırda dünyanın müxtəlif ölkələri Ukraynanın pilotsuz texnologiyalarına böyük maraq göstərir. Ukraynalı mütəxəssislərin hazırladığı PUA-ların texniki imkanları və hərbi effektivliyi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

Bununla belə, Zelenski vurğulayıb ki, Ukraynanın hazırkı əsas vəzifəsi müdafiə qabiliyyətini daha da artırmaqdır.

“İndi biz Ukrayna silahlarının effektivliyini əhəmiyyətli dərəcədə artırmalıyıq. Bu gün ölkəmizin təhlükəsizliyi üçün əldə edilən hər bir nailiyyət Ukraynaya uzun illər və onilliklər boyu xidmət edəcək”, – deyə o əlavə edib.

Ukrayna Prezidenti onu da qeyd edib ki, müharibədən sonra ölkənin PUA istehsal sahəsində əldə etdiyi üstünlüklər beynəlxalq bazara çıxış imkanı yaradacaq və bu texnologiyalar ölkənin iqtisadi və strateji gücünü daha da artıracaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR